İsrail həbsxanalarında 350 fələstinli uşaq əsir saxlanılır

İsrail həbsxanalarında 350-dən çox fələstinli uşaq əsir saxlanılır.
Xeber.ge xəbər verir ki,
“Məhkumlarla İş üzrə İdarə Heyəti”, “Fələstinli Məhbuslar Klubu” və “Əl-Damir İnsan Haqları İnstitutu”nun birgə bəyanatında deyilir ki, bu uşaqlar həbsdə mütəşəkkil cinayətlərlə üzləşirlər; o cümlədən, işgəncə, qəsdən aclıq və tibbi səhlənkarlıq.
Bu qurumlar vurğuladılar ki, fələstinli uşaqlar da sistematik hüquqdan məhrumetmə və məhrumiyyət siyasətləri ilə üzləşirlər ki, bu da bir halda soyqırım başlayandan bəri işğalçı rejim həbsxanalarında ilk uşağın şəhid olması ilə nəticələnib. Ramallahın Silvad kəndindən olan 17 yaşlı Valid Əhməd, Megiddo həbsxanasında şəhid olub.
Bu təşkilatların fikrincə, uşaqların sistemli şəkildə saxlanması artıb və onların məqsədi uşaqları ailələrindən qoparmaq, uşaqlığını məhv etməkdir. Bu, fələstinli uşaqlara qarşı tarixin ən qəddar hücumlarının edildiyi bir dövrdür. Soyqırım davam etdikcə minlərlə uşaq şəhid olub, minlərlə uşaq yaralanıb və ya ailəsini itirib.
Bəyanatda həmçinin bildirilir ki, işğalçı rejimin uşaqları hədəfə alma siyasəti davam edən bir fenomen olsa da, mövcud zorakılıq və vəhşiliyin intensivliyi misilsizdir.
İnsan haqları təşkilatları həmçinin soyqırımın başlanmasından bəri uşaq məhbusların vəziyyətində geniş dəyişikliklərin olduğunu, İordan çayının qərb sahilində, xüsusilə Qüdsdə həbslərin əhəmiyyətli dərəcədə artdığını, indiyədək 1200-dən çox uşağın saxlanıldığını açıqlayıb.
Qəzzadakı uşaqlarla bağlı davam edən zorla itmə siyasəti və mövcud maneələr səbəbindən qurumlar indiyədək dəqiq statistika təqdim edə bilməyiblər.
Ziyarətlərdə ciddi məhdudiyyətlərə baxmayaraq, hüquq qrupları Ofer, Megiddo və Deymon həbsxanalarında saxlanılan bəzi uşaqlarla görüşə bilib və bu uşaqlara qarşı işgəncələrin yüksək səviyyədə olduğunu və hüquqların sistematik şəkildə inkar edildiyini ortaya qoyan onlarla ifadələr toplanıb.
mənbə: iqna