Gürcüstanda temperatur +28 dərəcəyədək yüksələcək

26 aprel, şənbə günü Gürcüstanda havanın temperaturu +28°-dək artacaq.
Bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Məlumata əsasən, ölkənin bir sıra bölgələrində qısamüddətli yağış və şimşək müşahidə olunacaq.
- Qərbi Gürcüstanda – buludluluq artacaq, bəzi yerlərdə qısamüddətli yağış və şimşək gözlənilir. Küləyin sürəti dəyişkən istiqamətdə 10-15 m/s olacaq.
- Havanın gündüz temperaturu:
- Ovalıqlarda +20, +25°,
- Sahil zonalarında +13, +18°,
- Dağlıq ərazilərdə +17, +22°,
- Yüksək dağlıq zonalarda +14, +19°.
- Şərqi Gürcüstanda – dəyişkən buludluluq artacaq, bəzi yerlərdə qısamüddətli yağış, şimşək və dolu ehtimalı var. Külək 10-15 m/s sürətlə dəyişkən istiqamətdə əsəcək.
Havanın gündüz temperaturu:- Ovalıqlarda +23, +28°,
- Dağlıq ərazilərdə +18, +23°,
- Yüksək dağlıq zonalarda +13, +18°.
mənbə: interpress