İki nəfər külli miqdarda narkotiklə saxlanıldı

Sep 22, 2025 - 12:31
 0  11
İki nəfər külli miqdarda narkotiklə saxlanıldı

Daxili İşlər Nazirliyinin Acarıstan Polis Departamentinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 1992-ci il təvəllüdlü L.Q. və 2001-ci il təvəllüdlü Türkiyə vətəndaşı İ.O.-nu xüsusilə böyük miqdarda narkotik vasitələrin qanunsuz alınması-saxlanması, qanunsuz dövriyyəyə yardım və narkotik tərkibli bitkilərin qanunsuz əkilib-becərilməsi ittihamı ilə saxlayıblar.

Bu barədə Daxili İşlət Nazirliyi məlumat yayıb.

DİN-in məlumatına görə, cinayətlərə görə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə nəzərdə tutulur.

“Aparılan axtarış tədbirləri zamanı saxlanılan şəxslərin üzərindən, yaşayış evlərindən və digər yerlərdən satışa hazır vəziyyətdə müxtəlif növ narkotik vasitələr – ‘MDMA’, ‘alfa-PVP’, ‘metadon’, qurudulmuş ‘marixuana’ və ‘kannabis bitkisi’ götürülüb. Həmçinin, narkotik vasitələrin qablaşdırılması üçün nəzərdə tutulmuş materiallar da aşkar edilərək götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 260-cı, 260-cı1 və 265-1-ci maddələri üzrə istintaq aparılır”, – deyə DİN-in məlumatında bildirilir.

mənbə: interpress