Hərbi çağırış zamanı tibbi yoxlamaya getməyənlərə cərimə tətbiq olunacaq
Milli hərbi xidmətə çağırış zamanı tibbi ekspert komissiyasına gəlməmək, gələcəkdə şəxsin 1000 lari məbləğində cərimələnməsinə səbəb olacaq.
Bu dəyişikliklər Müdafiə Nazirliyi tərəfindən hazırlanmış qanunvericilik paketinə daxildir və Gürcüstan Parlamentinə təqdim olunub.
Hazırda sözügedən məbləğ yalnız çağırış komissiyasına ümumiyyətlə gəlməyən və hərbi xidmətə çağırışdan yayınan şəxslər üçün nəzərdə tutulur.
Dəyişikliklər “Müdafiə Məcəlləsi” ilə yanaşı, “Qeyri-hərbi, alternativ əmək xidməti haqqında” qanuna, “İctimai xidmət haqqında” qanuna, “Gürcüstan vətəndaşlarının ölkədən çıxışı və ölkəyə daxil olması qaydaları haqqında” qanuna və “Administrativ Xətalar Məcəlləsi”nə də şamil olunur.
mənbə: interpress