“Tütünə Nəzarət Alyansı” mediaya xəbərdarlıq edir: Tütün məhsullarının reklamı qanunsuzdur

Jul 30, 2025 - 15:11
 0  7
“Tütünə Nəzarət Alyansı” mediaya xəbərdarlıq edir: Tütün məhsullarının reklamı qanunsuzdur

"Tütün məhsullarının və ya istehsalçılarının birbaşa və ya dolayı reklamı və populyarlaşdırılması həm qanun pozuntusudur, həm də ictimai sağlamlığa zərər vurur."

“Tütünə Nəzarət Alyansı” müxtəlif media qurumlarına çağırış edərək onları xəbərdar edir.

Qurumun yaydığı bəyanatda bildirilir ki, monitorinq nəticəsində bəzi media orqanlarında və sosial platformalarda tütün məhsullarının – o cümlədən elektron siqaretlərin, qızdırılan və çeynənən tütün məmulatlarının – reklam və təşviqinə dair hallar aşkarlanıb. Qeyd olunur ki, bu hallar həm ənənəvi mediada, həm də bloq və sosial şəbəkələrdə müşahidə olunub və bu cür məzmunlar qanuna ziddir.

Bəyanatda xüsusilə vurğulanır:

Qanun pozuntularına görə hüquqi şəxslər 5 000 lari, təkrar halda isə 10 000 lari cərimələnə bilər;

Media orqanlarının reputasiyası zərər görə bilər;

İnflyuenserlər və reklam agentlikləri tərəfindən dolayısı ilə verilən reklam xarakterli məzmunlar qanunu pozur;

Heç bir tütün məhsulu sağlam alternativ deyil, yeganə alternativ tütün istehlakından tam imtinadır.

“Tütünə Nəzarət Alyansı” media nümayəndələrinə səslənərək, bu sahədə daha diqqətli olmalarını, sağlam həyat tərzinin təşviqində mühüm rol oynamağa davam etmələrini və tütün sənayesinin manipulyativ strategiyalarına uymamalarını tövsiyə edir.

mənbə: interpress