Fidelity International: Qızılın qiyməti 20% artaraq 4 000 dollara çata bilər

Fidelity International analitiklərinin proqnozuna görə, 2026-cı ilin sonuna qədər qızılın qiyməti 20% artaraq bir unsiya üçün 4 000 ABŞ dollarına çata bilər.
Şirkətin verdiyi məlumata əsasən, qarşıdakı bir il yarım ərzində qiymət artımı, əsasən, ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcələrini azaltmasından, bununla əlaqədar dolların zəifləməsindən və mərkəzi bankların qızıl alışlarını artırmasından asılı olacaq.
Fidelity-nin proqnozu Goldman Sachs-ın da qiymətləndirməsi ilə üst-üstə düşür. Qlobal maliyyə nəhəngi də qızılın bir unsiyasının qiymətinin 4 000 ABŞ dollarına qədər yüksələcəyini ehtimal edir.
Digər tərəfdən, Citigroup daha ehtiyatlı yanaşma sərgiləyir və qızılın qiymətinin 3 315 ABŞ dolları səviyyəsində olacağını proqnozlaşdırır.
Ekspertlərin fikrincə, investorlar inflyasiya, geopolitik qeyri-müəyyənliklər və iqtisadi tənəzzül riskləri fonunda qızıla təhlükəsiz sərmayə aləti kimi baxmağa davam edirlər. Bu da qiymət artımına dəstək verən əsas amillərdən biri sayılır.
mənbə: marneulifm