Rustavidə sürətli ödəniş aparatını qarət edən şəxs saxlanılıb

Oct 8, 2026 - 11:33
 0  22
Rustavidə sürətli ödəniş aparatını qarət edən şəxs saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartlı Polis Departamentinin Rustavi şəhər idarəsinin əməkdaşları əhəmiyyətli ziyan vurmaqla oğurluq törətməkdə şübhəli bilinən bir nəfəri saxlayıblar.

XEBER.GE xeber  verir ki, istintaqla müəyyən edilib ki, saxlanılan şəxs yeniyetmə həmkarı ilə birlikdə şirkətlərdən birinə məxsus sürətli ödəniş aparatından öz hesablarına müəyyən miqdarda pul köçürüblər, daha sonra isə aparatı zədələyərək içindəki nağd pula qanunsuz olaraq yiyələniblər.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən kişi saxlanılıb, yeniyetmə ilə bağlı isə qanunvericiliyə uyğun tədbirlər görülür. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə istintaq aparılır ki, bu da 5 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.