Gürcüstanın öz Trampına ehtiyacı var

Jan 13, 2026 - 19:41
 0  55
Gürcüstanın öz Trampına ehtiyacı var

Gürcüstanın öz Trampına ehtiyacı var və beləliklə biz bank sahiblərinin cinayətkar sindikatını məhv edə biləcəyik.

Xeber.ge xeber  verir ki, bu haqda Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili “Facebook” səhifəsində yazır.

Saakaşvilinin yazdığı kimi, “Məhz buna görə onlar ondan bu qədər qorxurlar”.

“Donald Tramp Amerika banklarının kredit kartları üzrə mənfəətini 10% üzərində məhdudlaşdırdı. Gürcüstanı isə xalqın hesabına bankları getdikcə daha çox varlandıran quldur bankir idarə edir. Gürcüstanın öz Trampına ehtiyacı var və beləliklə biz bank sahiblərinin cinayətkar sindikatını məhv edə biləcəyik. Məhz buna görə bu cinayətkarlar məndən bu qədər qorxurlar. Beləliklə, mən təkcə Moskvanın və İvanişvilinin deyil, həm də Ruxadzenin, Çxartişvililərin, Qilaurilərin və sindikatın bütün digər üzvlərin əsiriyəm” – Saakaşvili yazır.