Gürcüstanın bal ixracında Azərbaycan iki lider ölkədən biridir

Feb 5, 2025 - 16:02
 0  30
Gürcüstanın bal ixracında Azərbaycan iki lider ölkədən biridir

2024-cü ildə Gürcüstandan Azərbaycana 63 min 200 ABŞ dolları dəyərində bal ixrac edilib.

Bu barədə ölkənin nüfuzlu iqtisadi nəşri "bm.ge"nin yaydığı məlumata qeyd edilib.

Məlumata görə, ümumilikdə 2024-cü ildə Gürcüstanın bal ixracı kəskin azalıb. Belə ki, il ərzində 33,8 ton bal ixrac edilib, bu da 2023-cü illə müqayisədə 64,41% dəyər, 69,4% isə həcm baxımından azalma deməkdir.

Bildirilib ki, Gürcüstanın bal ixracında Azərbaycan əsas bazar olaraq qalır.

"2024-cü ildə bal ixracının əsas bazarları arasında ilk beşlikdə Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan, ABŞ, İraq və Yaponiya yer alıb", - məlumatda vurğulanıb.

mənbə: report