Narkotik vasitənin qanunsuz dövriyyəsinə yardım etməkdə ittiham olunan şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin məlumatına görə, patrul polisi departamentinin Tbilisi Baş İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində, əvvəllər məhkum olunmuş, 1999-cu il təvəllüdlü N.M.-ni narkotik vasitənin qanunsuz satışına yardım etməkdə şübhəli bilib saxlayıblar.
Cinayət 10 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.
Nazirliyin bildirdiyinə görə, hüquq-mühafizəçilər Tbilisidə, N.M.-nin qanunsuz əldə etdiyi və satış məqsədilə qablaşdırdığı narkotik vasitə olan “qurudulmuş marixuana”nı maddi sübut kimi götürüblər. N.M. artıq rəsmi şəkildə təqsirləndirilən şəxs qismində saxlanılıb.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsi ilə aparılır.
mənbə: marneulifm