Odlu silahla sağlamlığa qəsdən xəsarət yetirməkdə ittiham olunan şəxs saxlanılıb

Jul 23, 2025 - 14:02
 0  12
Odlu silahla sağlamlığa qəsdən xəsarət yetirməkdə ittiham olunan şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin məlumatına görə, Tbilisi Polis Departamentinin İsan-Samqori Baş İdarəsinin əməkdaşları, isti izlərlə həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində, əvvəllər məhkum olunmuş, 1979-cu il təvəllüdlü Q.B.-ni sağlamlığa qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə şübhəli bilib saxlayıblar.

Cinayət 7 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

“İlkin istintaqla müəyyən olunub ki, mübahisə zəminində başlayan münaqişə zamanı, Q.B. 1989-cu il təvəllüdlü A.A.-nı atəşli silahla ayaq nahiyəsindən güllələyib və hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya yerləşdirilib”, – deyə DİN-in məlumatında qeyd olunur.

Nazirliyin məlumatına görə, Q.B. hadisədən bir neçə saat sonra saxlanılıb, cinayətdə istifadə olunan silah isə maddi sübut kimi götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 118-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) və 236-cı (atəşli silahın qanunsuz əldə edilməsi, saxlanması və daşıması) maddələri ilə aparılır.

mənbə: marneulifm