Gürcüstan üzrə xüsusi əməliyyat – narkotik cinayətləri ittihamı ilə 75 nəfər saxlanılıb
Gürcüstan üzrə xüsusi əməliyyat – son 48 saat ərzində Tbilisi və regionlarda narkotik cinayətləri ilə bağlı 75 nəfər saxlanılıb.
Xeber.ge xəbər verir ki,
Onlara külli miqdarda və xüsusilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanılması, satışı və satışına yardım etmə ittihamları irəli sürülüb.
İstintaq Cinayət Məcəlləsinin 260-cı, 260-tercia, 260-kvarta və 261-ci maddələri ilə aparılır.
Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.