Süd tərkibli məhsullar istehsal edən müəssisənin fəaliyyəti dayandırılıb

Dec 5, 2025 - 12:11
 0  22
Süd tərkibli məhsullar istehsal edən müəssisənin fəaliyyəti dayandırılıb

Milli Qida Agentliyinin məlumatına görə, süd tərkibli məhsullar istehsal edən müəssisənin fəaliyyəti dayandırılıb.

 

Xeber.ge xəbər verir ki, Milli Qida Agentliyinin Tbilisi Departamentinin müfəttişləri ‘Velis’ MMC-yə məxsus obyekti  yoxlayıblar. Məlum olub ki, obyekt agentliyin müvafiq tanınması olmadan süd tərkibli məhsulların (kəsmik tipli, xama tipli) istehsalı və əsasən çörək sexlərində satışı ilə məşğul olub.

 

Yoxlama zamanı kritik uyğunsuzluq, xüsusilə sanitar-gigiyena normalarının pozulması faktı da aşkar edilib. Bununla əlaqədar biznes operatoru cərimələnib və agentliyin tanınması əldə edilənədək, eləcə də aşkar edilmiş çatışmazlıqlar aradan qaldırılanadək istehsal prosesi dayandırılıb.

 

Milli Qida Agentliyi istehsal müəssisələri və satış obyektlərinə nəzarəti davam etdirir.

 

Agentlik vətəndaşları pozuntu halları ilə rastlaşdıqda 1501 qaynar xəttinə məlumat verməyə çağırır.

 

Əhalinin aktiv iştirakı Agentliyə uyğunsuzluqları vaxtında aradan qaldırmağa imkan verəcək,” – deyə məlumatda bildirilir.