"Gürcüstana və Azərbaycana qarşı hibrid müharibələr var"
"Gürcüstana və Azərbaycana qarşı hibrid müharibələr, feyk xəbərlər var və bunların qarşısını almaq lazımdır".
Bu Azərbaycan-Gürcüstan media forumunda jurnalistlərə açıqlamasında "Ost TV"nin siyasi analitiki Giya Abaşidze deyib.
O bildirib ki, bunun qarşısını almaq üçün media qurumlarımız, siyasətçilərimiz, politoloqlar və ekspertlər arasında çox sıx əməkdaşlıq vacibdir:
"Bu konfrans bu istiqamətdə çox önəmli bir addımdır. Azərbaycan və Gürcüstan media təşkilatlarının yaxınlaşması, təcrübə mübadiləsi təqdirəlayiqdir. Xüsusilə də, Gürcüstan dövlətinin suverenliyinə qarşı hibrid savaş aparıldığı bir zamanda, Gürcüstan haqqında yayılan saxta xəbərlər, müxtəlif böhtanlar fonunda dostlarımız və həmkarlarımız olan azərbaycanlılarla, eləcə də digər tərəfdaşlarla təcrübə mübadiləsi aparmaq lazımdır. Çünki Gürcüstana qarşı çox alçaldıcı bir kampaniya gedir".
mənbə: oxu