Gürcüstanda miqrasiya departamenti xüsusi əməliyyat keçirib

Jun 30, 2025 - 11:22
 0  39
Gürcüstanda miqrasiya departamenti xüsusi əməliyyat keçirib

Qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində Miqrasiya Departamentinin əməkdaşları xüsusi immiqrasiya nəzarəti tədbiri həyata keçiriblər. Nəticədə 14 xarici ölkə vətəndaşı saxlanılıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Nazirliyin açıqlamasına görə, əməliyyat zamanı departament əməkdaşları konkret yerləri yoxlayıblar və məqsəd ölkədə qanuni əsas olmadan yaşayan xarici vətəndaşların müəyyən edilməsi olub.

“Saxlanılanlar arasında Hindistan, Nepal, Pakistan və Liviya vətəndaşları var. Müəyyən edilib ki, onlar Gürcüstanın “Xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanunvericiliyinin tələblərini pozaraq ölkədə olublar.

Hazırda bu şəxslər Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzinə köçürülüblər və ölkədən çıxarılmaları üçün müvafiq prosedurlar aparılır. Miqrasiya Departamenti bu cür xüsusi nəzarət tədbirlərini mütəmadi olaraq keçirəcək ki, qanunun icrasını təmin etsin”, – deyə Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.

mənbə: interpress