Gürcüstanda Azərbaycan vətəndaşı saxlanılıb

Apr 8, 2025 - 12:53
 0  41
Gürcüstanda Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyi narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Azərbaycan vətəndaşını saxlayıb.

Məlumatı Gürcüstan DİN yayıb.

Bildirilib ki, qurumun əməkdaşlarının həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmək və saxlamaqda təqsirli bilinərək əvvəllər məhkum olunmuş 1968-ci il təvəllüdlü C.B və Azərbaycan Respublikasının vətəndaşı, 1976-cı il təvəllüdlü A.H həbs ediliblər.


Saxlanılan şəxslərin evlərində aparılmış axtarış nəticəsində narkotik vasitələr olan “Metadon”, “Subotex” və “Heroin” , həmçinin, elektron tərəzilər maddi sübut kimi götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsi ilə araşdırma aparılır. İşi üzrə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

mənbə: apa