Tbilisidə aksiya iştirakçıları gecəni çadırlarda keçiriblər
Müxalifət siyasətçiləri Tbilisi Dövlət Universitetinin birinci korpusu yaxınlığında qurulmuş çadırlarda aksiya iştirakçıları ilə birlikdə gecələyiblər.
Ərazidə 20-dən çox çadır qurulub və bu səbəbdən bir neçə istiqamətdə hərəkətə mane olub: Melikişvili prospekti, Varazişxevi, Kekelidze küçəsi və Çavçavadze prospektlərində.
Aksiya iştirakçıları Çavçavadze prospektində yolu zibil qutuları və stullarla bağlayıblar.
Aksiya iştirakçıları gecə boyu mitinqin təşkilatçıları tərəfindən yemək, isti çay, kofe və isti yorğan-döşəklə təmin edilib.
Xatırladaq ki, “Dəyişiklik Uğrunda Koalisiya” və “Birlik Milli Hərəkatı” liderlərinin çağırışı ilə etirazçılar Çavçavadze prospektinin müəyyən hissəsini, xüsusən də TDU-nun birinci korpusunun yaxınlığındakı kəsişməni bağlayıblar. Müxalifət liderləri 24 saatlıq aksiya elan edərək noyabrın 18-i saat 20:00-a qədər orada qalacaqlarını bildiriblər.
Nümayişçilərə Rustaveli prospektində keçirilən “Səsi qaytar” aksiyasının iştirakçıları da qoşulub.
mənbə: interpress