Kaspidə bir kişi keçmiş həyat yoldaşını öldürməyə cəhd edib

Kaspi şəhərində kişi keçmiş həyat yoldaşını öldürməyə cəhd edib və hadisə yerindən qaçıb.
Hadisə bu gün, 25 sentyabrda baş verib.
TV Pirveli-nin məlumatına görə, qadın ağır xəsarətlərlə Kaspidən Tbilisiyə təcili tibbi yardım briqadası tərəfindən aparılıb. Eyni mənbənin verdiyi xəbərə əsasən, cütlük 3 il əvvəl ayrılıb, onların 4 övladı var və kişiyə qarşı məhkəmə tərəfindən qadağanedici qərar (müdafiə əmri) çıxarılıb.
Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı istintaq Cinayət Məcəlləsinin 19-109-cu maddəsi ilə aparılır ki, bu da ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirilir. Nazirlikdən bildirirlər ki, istintaq tədbirləri davam edir.
mənbə: marneulifm.ge