Gürcüstanda aksiya zamanı polisə hücum etməkdə şübhəli bilinən şəxs saxlanılıb
 
                                Gürcüstanda polisə hücum etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb
Açıqlamada dekabrın 1-də Rustaveli prospektində keçirilən aksiya zamanı 52 yaşlı bir kişinin polisə “Molotovu kokteyli” ataraq su şırnağını zədələdiyi deyilir. Ona 7 ilə qədər həbs cəzası verilə bilər.
Hazırda cinayət işi çərçivəsində dörd nəfər saxlanılıb.
mənbə: report
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            