Rusiyalılar Gürcüstanın daşınmaz əmlak bazarına qayıdır
Rusiyalılar kütləvi şəkildə Gürcüstanın daşınmaz əmlak bazarına qayıdırlar.
Rusiya mediasının "Astorius" daşınmaz əmlak korporasiyasının analitik mərkəzinin məlumatlarına istinadən yazdığına görə, rusiyalılar tərəfindən daşınmaz əmlakın alınmasına olan tələbat 100% artıb.
XEBER.GE xeber verir ki, mərkəzin məlumatına görə, ümumilikdə Gürcüstanın payı cəmi 5% təşkil etsə də, "orada rusiyalılar tərəfindən daşınmaz əmlaka olan tələbat 2023-cü ildən bəri əhəmiyyətli dərəcədə artıb".
Ümumi göstəricilərə gəlincə, "Astorius"un hesabatına əsasən, 2026-cı ilin birinci yarısında Rusiya vətəndaşlarının xaricdə daşınmaz əmlaka olan tələbatı illik müqayisədə 5%, 2025-ci ilin sonu ilə müqayisədə isə 20% artıb.
Nəşr rusiyalıların daşınmaz əmlak aldığı TOP 5 ölkənin adını açıqlayır:
Birləşmiş Ərəb Əmirlikləri — tələbatın 50%-i
Tailand — tələbatın 17%-i
Türkiyə — tələbatın 12%-i
Serbiya — tələbatın 11%-i
Gürcüstan — tələbatın 5%-i