Məhkəməyə hörmətsizlikdə günahlandırılan Nika Meliaya hökm oxundu
XEBER.GE xəbər verir ki, Nika Melia məhkəməyə hörmətsizlik etmək faktı üzrə günahkar bilinib.
Hakim Qərarı ilə Meliaya 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib.
Lakin həmin cəza Nika Melia barəsində çıxarılmış əvvəlki hökm tərəfindən udulub və o, həbsxananı yenə də 2026-cı ilin dekabrında tərk edəcək.
Nika Melia məhkəməyə hörmətsizlikdə, konkret olaraq İnzibati İşlər Kollegiyasının hakimi Tornike Koçkianiyə şifahi təhqir vurmaqda təqsirləndirilirdi.