Gürcüstan Milli Ətraf Mühit Agentliyindən XƏBƏRDARLIQ: Güclü külək və yağıntı gözlənilir

Apr 3, 2026 - 13:12
 0  48
Gürcüstan Milli Ətraf Mühit Agentliyindən XƏBƏRDARLIQ: Güclü külək və yağıntı gözlənilir

Gürcüstan Milli Ətraf Mühit Agentliyi ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq yayıb.

  Xeber.ge xəbər verir ki, aprelin 3-ü günün sonundan aprelin 5-dək ölkə ərazisində vaxtaşırı yağıntılı hava şəraiti müşahidə olunacaq, bəzi yerlərdə yağıntıların intensiv olacağı gözlənilir.

Məlumata əsasən, ölkənin bəzi bölgələrində şimşək çaxacağı və küləyin güclənəcəyi ehtimal edilir. Aprelin 5-6-da isə Şərqi Gürcüstanda, o cümlədən paytaxt Tbilisidə güclü qərb küləyi əsəcək.

Sinoptiklər xəbərdarlıq edirlər ki, gözlənilən bol yağıntılar nəticəsində:

  • Çaylarda suyun səviyyəsi əhəmiyyətli dərəcədə arta bilər;
  • Yüksək dağlıq rayonlarda qar uçqunlarının yaranma riski var;
  • Dağlıq və dağətəyi zonalarda sürüşmə və sel prosesləri aktivləşə bilər.

Milli Ətraf Mühit Agentliyi yaranmış təhlükə səviyyəsini orta dərəcəli olaraq qiymətləndirib və əhalini ehtiyatlı olmağa çağırıb.