SEPAH sutka ərzində ABŞ-nin ikinci F-35 qırıcısını vurub-VİDEO
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hava Hücümundan Müdafiə vasitələri ölkənin hava məkanında ABŞ-nin F-35 qırıcısını vurub.
Xeber.ge xəbər verir ki, bu barədə İran KİV-i "Xatəm əl-Ənbiya" mərkəzi hərbi komandanlıq qərargahına istinadən məlumat yayıb.
İlkin məlumata görə, güclü partlayış səbəbindən pilot katapult edə bilməyib. Qərargahın məlumatına görə, bu, ABŞ-nin sutka ərzində vurulmuş ikinci "F-35" qırıcı təyyarəsidir.
mənbə: report.az