Gürcüstan Milli Ətraf Mühit Agentliyindən XƏBƏRDARLIQ: Güclü külək və yağıntı gözlənilir
Gürcüstan Milli Ətraf Mühit Agentliyi ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq yayıb.
Xeber.ge xəbər verir ki,
Məlumata əsasən, ölkənin bəzi bölgələrində şimşək çaxacağı və küləyin güclənəcəyi ehtimal edilir. Aprelin 5-6-da isə Şərqi Gürcüstanda, o cümlədən paytaxt Tbilisidə güclü qərb küləyi əsəcək.
Sinoptiklər xəbərdarlıq edirlər ki, gözlənilən bol yağıntılar nəticəsində:
- Çaylarda suyun səviyyəsi əhəmiyyətli dərəcədə arta bilər;
- Yüksək dağlıq rayonlarda qar uçqunlarının yaranma riski var;
- Dağlıq və dağətəyi zonalarda sürüşmə və sel prosesləri aktivləşə bilər.
Milli Ətraf Mühit Agentliyi yaranmış təhlükə səviyyəsini orta dərəcəli olaraq qiymətləndirib və əhalini ehtiyatlı olmağa çağırıb.