Gürcüstan iqtidarı müxalifətin prezidentliyə namizədlərlə bağlı iddialarını təkzib etdi

Nov 26, 2024 - 19:48
 0  90
Gürcüstan iqtidarı müxalifətin prezidentliyə namizədlərlə bağlı iddialarını təkzib etdi
: :
playing

Gürcü Arzusu Partiyasının icraçı katibi Mamuka Mdinaradze cari ilin 14 dekabrında keçiriləcək seçkidə ölkə prezidenti postuna

mümkün namizədlərin siyahısında sabiq baş nazir İrakli Qaribaşvilinin və Gürcüstanın birinci prezidentinin oğlu Konstantin

Qamsaxurdiyanın olacağı ilə bağlı xəbərləri təkzib edib.

Mamuka Mdinaradze bu barədə Gürcüstan KİV-ə verdiyi açıqlamada söyləyib.

O qeyd edib ki, müxalifətə bağlı mətbuatda dərc edilən iddialar həqiqəti əks etdirmir.

Xatırladaq ki, Gürcüstanda prezident seçkisi dekabrın 14-də, andiçmə mərasimi isə dekabrın 29-da keçiriləcək.

mənbə: oxu