Zurabişvili yeni seçkilər üçün şura yaratdı

Dec 25, 2024 - 00:15
 0  119
Zurabişvili yeni seçkilər üçün şura yaratdı

Gürcüstan Prezidenti Salome Zurabişvili yeni şuranın yaradıldığını elan edib.

Şura yeni parlament seçkilərinə hazırlıq məsələsi ilə məşğul olacaq.

“Artıq sənəd hazırlanır və sabah o, çox güman ki, hazır olacaq. Bu, çox yaxında keçiriləcək seçkilər üçün bütün minimum şərtləri təsvir edəcək. Bu yeni seçkilər doğrudan da yeni olacaq, yəqin ki, yeni qüvvələr meydana çıxacaq. Biz bütün bunlara hazır olmalıyıq”, - Zurabişvili qeyd edib.

mənbə: axar