Gürcüstan DİN: Etirazlarda sağlamlığa zərərli maddələrdən istifadə olunmayıb
Gürcüstanın daxili işlər naziri Geka Geladze 2024-cü il etirazları zamanı DİN tərəfindən sağlamlığa zərərli hər hansı maddənin tətbiq edilməsi barədə iddiaları təkzib edib.
Nazir bildirib ki, hüquq-mühafizə orqanları yalnız qanunla təsdiqlənmiş şırnaq vasitələri və gözyaşardıcı qazdan istifadə edib:
"Bir daha deyirəm, istifadə olunan bütün vasitələr aparıcı ölkələrdə təsdiqlənmiş məhsullardır. Sağlamlığa təhlükəli heç bir maddə tətbiq olunmayıb".
Xatırladaq ki, "BBC" etirazçılara qarşı Birinci Dünya Müharibəsindən qalmış kimyəvi maddədən istifadə edildiyini iddia etmişdi. Gürcüstan hökuməti bu iddiaları "absurd" adlandırıb.
Hakim "Gürcü Arzusu" partiyası "BBC"yə qarşı beynəlxalq məhkəmələrdə hüquqi mübahisəyə başladığını açıqlayıb. Bununla yanaşı, Dövlət Təhlükəsizlik Xidməti yayılan məlumatlarla bağlı araşdırma aparır.
mənbə: report