Gürcüstan Rusiyaya qarşı sanksiyalardan yayınmır

Nov 21, 2025 - 14:29
 0  9
Gürcüstan Rusiyaya qarşı sanksiyalardan yayınmır

Gürcüstanın Rusiyaya qarşı sanksiyalardan yayınması barədə ittihamlar yalandır.

Bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

Onun sözlərinə görə, Gürcüstanın sanksiyalardan yayınmaması bir neçə dəfə sübut olunub.

“Avropa İttifaqının özü də bunu bildirib və Gürcüstan ərazisinin sanksiyalardan yayınmaq məqsədilə istifadəsini təsdiqləyən bir fakt belə aşkarlamayıb”, - spiker əlavə edib.

Papuaşvili qeyd edib ki, Gürcüstanda qaçaqmalçılıq cəhdlərinin həyata keçirilməsi riskləri olsa da, nəzarət sistemi o qədər yaxşı qurulub ki, bu mümkün olmayıb.

Qeyd edək ki, Avropa Xalq Partiyası üzvlərinin Avropa Komissiyasına ünvanladıqları məktubda Gürcüstanın sanksiyalardan yayınaraq Rusiyaya kömək etdiyi bildirilib.

mənbə: apa