Gürcüstan Dövlət Bayrağı Gününü qeyd edir

Jan 14, 2026 - 14:09
 0  6
Gürcüstan Dövlət Bayrağı Gününü qeyd edir

23 noyabr 2003-cü ildə baş vermiş "Qızılgül inqilabı"ndan sonra, 14 yanvar 2004-cü ildə Gürcüstanın ədliyyə naziri Zurab Adeişvili ölkənin yeni rəhbərliyi adından parlamentə ağ fon üzərində qırmızı xaçların olduğu bayrağın əsas dövlət rəmzi kimi təsdiqlənməsini təklif etdi.

Xeber.ge xəbər verir ki, yeni bayrağın qəbul edilməsi qərarı deputatların əksəriyyəti tərəfindən dəstəkləndi (147 lehinə, 1 əleyhinə). Yanvarın 14-ü axşam saatlarında yeni bayraq artıq parlament binasının üzərində dalğalanırdı.

14 yanvar tarixi Gürcüstanın Dövlət Bayrağı Günü elan edildi.