Tbilisidə polis avtomobilinə hücum edən şəxs saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, polisə məxsus nəqliyyat vasitəsinə hücum etməkdə ittiham olunan 2000-ci il təvəllüdlü, hazırda şərti cəza altında olan İ.İ. saxlanılıb.
Xeber.ge xəbər verir ki, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Tbilisidə, "Sadquris Moedani" metrostansiyasının yaxınlığında Patrul Polisi Departamentinin balansında olan avtomobilə zərər yetirərək hadisə yerindən qaçıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində İ.İ. hadisədən qısa müddət sonra "isti izlərlə" yaxalanıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 353-cü prim maddəsi (Polis avtomobilinə, dəniz və ya hava gəmisinə, yaxud digər nəqliyyat vasitəsinə zərər vurma və ya məhv etmə) ilə istintaq aparılır.
Bu maddə 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəზərdə tutur.