"Fayfura" ləqəbinin sirri açıldı
Tbilisidə "oğru dünyası" ilə əlaqədə ittiham olunan şəxslərin məhkəmə prosesində maraqlı anlar yaşanıb.
Xeber.ge xəbər verir ki,
Kapanadze bildirib ki, Farqosadze ilə uşaqlıq dostudur və "Fayfura" ləqəbinin kriminal aləmlə heç bir əlaqəsi yoxdur.
"Biz ona bu ləqəbi uşaqlıqda qoymuşuq. O, sıyıq (fafa) yemirdi, anası da ona deyirdi ki, 'ye, belə nazik (fayfura) olma'. Qonşular da buna görə ona belə müraciət etməyə başladılar. Bunun 'oğru dünyası' ilə nə əlaqəsi var?", - deyə o vurğulayıb.
Özünün də qurban olduğunu iddia edən Kapanadze məhkəmədə sərt çıxış edərək, vəhşicəsinə döyüldüyünü, lakin hüquq-mühafizə orqanlarının bu işi araşdırmadığını bildirib: "Məni şikəst etdilər, 32 gün yerimdən qalxa bilmədim, çənəm və üzüm dağılmışdı. Heç kim mənim döyülməyimi araşdırmadı, amma indi uşaqlıq dostumu tanıdığım üçün məni mühakimə edirsiniz? İnsanları cinayətkara çevirməyin. Əgər mənə cinayətkar damğası vursanız, həqiqətən görmədiyiniz bir cinayətkara çevriləcəm".
Kapanadze qeyd edib ki, əmisi "qanuni oğru" olsa da, illərdir onunla əlaqəsini kəsib və kriminal aləmə daxil olmaq istəsəydi, bunu çoxdan edərdi.
Qeyd edək ki, sözügedən cinayət işi üzrə onlarla şəxs saxlanılıb, "Fayfura" ləqəbli Zaza Farqosadze barəsində isə beynəlxalq axtarış elan edilib.