Gürcüstanda internet daxil olmaqda çətinlik: "MagtiCom" rəsmi bəyanat yaydı

Apr 9, 2026 - 19:02
 0  35
Gürcüstanda internet daxil olmaqda çətinlik: "MagtiCom" rəsmi bəyanat yaydı

Gürcüstanın aparıcı rabitə operatorlarından biri olan "MagtiCom" şirkəti şəbəkədə yaranmış genişmiqyaslı internet kəsintisi ilə bağlı rəsmi bəyanat yayıb.

Xeber.ge xeber  verir ki, şirkət kəsintilərin qlobal internet şəbəkəsində yaranan problemlərdən qaynaqlandığını bildirib.

  "Qlobal internet şəbəkəsində yaranmış problem səbəbindən 'MagtiCom' abunəçilərinin bir hissəsinin internetə çıxışı müəyyən müddətə məhdudlaşıb. Texniki qrup aktiv şəkildə fəaliyyət göstərib və hazırda problem tamamilə aradan qaldırılıb. Yaradılmış narahatlığa görə üzr istəyirik", - deyə şirkətin bəyanatında qeyd olunub.

  Xatırladaq ki, 9 aprel tarixində günorta saatlarında həm paytaxt Tbilisidə, həm də Gürcüstanın müxtəlif regionlarında "MagtiCom"un həm mobil, həm də optik-lifli internet xidmətlərində fasilələr yaranıb. Sakinlər müəyyən vaxt ərzində internetə qoşulmaqda çətinlik çəkiblər.

Hazırda ölkə boyu internetə çıxışın tam bərpa olunduğu bildirilir.