Elektrik kəsilmələrinə görə sabotaş istintaqı başlandı
Dövlət Təhlükəsizliyi Xidməti 24 və 25 iyulda ölkə miqyasında elektrik enerjisinin avariya nəticəsində kəsilməsi hadisəsini araşdırır. DTX istintaqı sabotaş maddəsi ilə başlayıb.
XEBER.GE xeber verir ki, bu barədə DTX-nin yaydığı açıqlamada bildirilir.
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti bütün ölkə ərazisində elektrik enerjisinin dəfələrlə avariya kəsilməsi ilə bağlı Cinayət Məcəlləsinin 318-ci maddəsi ilə cinayət işi açıb. Bu maddə dövlət maraqlarına təhlükə yaratmaq məqsədilə dövlət müəssisəsinin və ya digər mühüm obyektlərin normal işinin pozulmasını, zədələnməsini və ya məhv edilməsini nəzərdə tutur.
DTX istintaqın gedişi barədə cəmiyyəti mərhələli şəkildə məlumatlandıracaq.
Bu gün səhər saat 08:00-dan 09:00-dək bütün ölkədə elektrik enerjisi kəsilib. Elektroenergetika sistemi rəsmi səbəb açıqlamayıb.
“Pirvels”ə telefon müsahibəsində “Engurhes”in direktoru Levan Mebonia bildirib ki, sistem kəsilməsinin səbəbi İmeretidəki 500 kilovoltluq xəttin zədələnməsidir. Buna görə su təchizatı da dayanıb. Nəqliyyat infrastrukturu iflic olub – Tbilisi metrosu dayanıb. Vətəndaşlar sosial şəbəkədə yazıblar ki, Gürcüstan dəmir yolu da dayandırılıb.