Nika Melia inzibati qaydada saxlanılıb

"Koalisiya Dəyişiklik üçün” lideri Nika Melia Gürcüstan İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi ilə saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qanunvericiliyə əsasən, bu maddə hüquq-mühafizə orqanı əməkdaşının şifahi təhqiri və ya digər təhqiramiz hərəkətlərin törədilməsini nəzərdə tutur.
Nazirliyin məlumatına görə, inzibati xətanın araşdırılması və müvafiq qərarın qəbul edilməsi üçün Nika Melia qanunla müəyyən olunmuş qaydada məhkəməyə təqdim olunacaq.
mənbə: interpress