DİN narkotik cinayətində ittiham olunan bir nəfəri Batumi hava limanında saxlayıb

Sep 18, 2025 - 15:36
 0  11
DİN narkotik cinayətində ittiham olunan bir nəfəri Batumi hava limanında saxlayıb

Mərkəzi Kriminal Polisi və Gəlirlər Xidmətinin əməkdaşları Batumi hava limanında 2001-ci il təvəllüdlü A.O. adlı xarici ölkə vətəndaşını saxlayıblar.

Ona xüsusilə böyük miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanması, eləcə də xüsusilə böyük miqdarda narkotik vasitələrin Gürcüstana qanunsuz gətirilməsində ittiham verilir.

“Hüquq-mühafizə orqanları Batumi Beynəlxalq Hava Limanında təqsirləndirilənin baqajını yoxlayarkən maye sabun qablaşdırması içərisində gizlədilmiş, xüsusilə böyük miqdarda – təxminən 4 kiloqram – tetrahidrokannabinol tərkibli narkotik vasitə aşkar edib,” – DİN bildirir.

İstintaq Cinayət Məcəlləsinin 260-cı maddəsinin III hissəsinin “a” bəndi və 262-ci maddəsinin IV hissəsinin “a” bəndi ilə aparılır, bu isə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

mənbə: marneulifm