Çətin can verən şəxs üçün nə etmək lazımdır?

Dec 14, 2024 - 15:24
 0  41
Çətin can verən şəxs üçün nə etmək lazımdır?

Bir gün hər kəs bu dünyadan ayrılacaq. Nə qədər fərqli olursa olsun, həyatın bitməsi qaçılmazdır. İnsanın qarşısına çıxdığı ən böyük həqiqət budur. Və çoxumuz, həyatımızın bir nöqtəsində, sevdiklərimizin necə can verdiyini izləyirik. Bəziləri sakitcə, rahat şəkildə bu dünyadan köçürlər, bəziləri isə çətinliklə, sanki bu dünyadan ayrılmaq istəmir kimi… Hətta elə olur ki, canını təslim etməkdə çətinlik çəkirlər, sanki ürəklərində bir bağ var, buraxmaq istəmirlər.

Bu an, sadəcə kədər və ağrının anı deyil, həm də əsl sevginin və mərhəmətin təzahürüdür. O anı yaşamaq, həmin insana həm də düzgün istiqamət vermək, Allahın mərhəmətinə yönəlmək vacibdir. Onları, ən çətin anda, yalnız-tək qoymamalıyıq. Həmin şəxsə dua etməli, Quran oxumalı, ona güvən və rahatlıq verməliyik.

Bu an bizə, bu dünyada yaşadığımız müddətdə nə qədər əhəmiyyətli olduğumuzu və həyatın nə qədər dəyərli olduğunu bir daha xatırladır. Hər anımızın qiymətini bilməli, həyatın nə qədər gözəl və eyni zamanda müvəqqəti olduğunu, bu dünyadan yalnız yaxşılıq apara biləcəyimizi dərk etməliyik.

Başlıqda yazdığımız “Çətin can verən şəxs üçün nə etmək lazımdır?” sualına isə böyük mərcə təqlid Ayətullah Üzma Sistaninin cavabını qeyd edirik:

“Çətin can verən bir şəxsi, narahatlıq yaratmırsa, namaz qıldığı yerə aparmaq müstəhəbbdir.*

Demək insanın evində namaz qıldığı yer onun Allaha yaxın olduğu bir yerdir, desək yanılmarıq. Odur ki, yaxşılıqlar, namaz, oruc bizim özümüz üçündür. Unutmayaq bütün canlılar kimi, biz də bu dünyanı tərk edəcəyik…

mənbə: az.shafaqna.com