Bu tarixdən havanın temperaturu yüksələcək - +39 Dərəcə...
 
                                9-11 iyul tarixlərində Gürcüstanın bir sıra rayonlarında qısamüddətli yağış, şimşək çaxması və bəzi yerlərdə dolu müşahidə oluna bilər.
Bu barədə Ətraf Mühit üzrə Milli Agentliyi məlumat verib.
Agentliyin verdiyi məlumata görə, İmereti, Sameqrelo və Şida Kartli bölgələrində arabir şərq istiqamətli güclü külək əsəcək.
Tbilisi: Qısamüddətli yağış və şimşək çaxması mümkündür. Havanın temperaturu gündüz +32, +36° olacaq.
Sahil bölgələri (Batumi, Kobuleti, Anaklia, Poti): Əsasən yağıntısız hava gözlənilir, gündüz temperatur +32, +35°.
Qərbi Gürcüstanın düzənlik bölgələri (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurgeti): Əsasən yağıntısız, arabir şərq istiqamətli güclü külək olacaq, gündüz temperatur +34, +36°.
Qərbi Gürcüstanın dağlıq bölgələri (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı): Qısamüddətli yağış və şimşək çaxması mümkündür, gündüz temperatur +34, +36°.
Qərbi Gürcüstanın yüksək dağlıq bölgələri (Mestia, Baxmaro): Qısamüddətli yağış və şimşək çaxması mümkündür, gündüz temperatur +27, +29°.
Kartli (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Çxinvali): Az miqdarda qısamüddətli yağış və şimşək çaxması gözlənilir. Qori və Çxinvalidə şərq istiqamətli güclü külək olacaq. Şida Kartlidə temperatur +34, +36°, Kvemo Kartlidə isə +37, +39°.
Kaxeti (Sagareco, Telavi, Gurjaani, Sixnaxi, Lagodexi, Kvareli, Axmeta, Dedoplistskaro): Az miqdarda qısamüddətli yağış və şimşək çaxması mümkündür. Gündüz temperatur +32, +34°.
Şərqi Gürcüstanın dağlıq bölgələri (Axalçixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri): Qısamüddətli yağış və şimşək çaxması mümkündür, gündüz temperatur +32, +34°.
Şərqi Gürcüstanın yüksək dağlıq bölgələri (Axalkalaki, Zalka, Bakuriani, Qudauri, Omalo): Qısamüddətli yağış və şimşək çaxması gözlənilir, gündüz temperatur +21, +23°.
mənbə: interpress
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            