Bələdiyyə sədrinin müavini Riçard Qiqaninin ikinci polis oğluda vətəndaşı döyməkdə ittiham olunur!

Sep 20, 2025 - 17:28
 0  226
Bələdiyyə sədrinin müavini Riçard Qiqaninin ikinci polis oğluda vətəndaşı döyməkdə ittiham olunur!

Marneulidə baş verən qalmaqal yerli siyasi və ictimai dairələrdə narazılıq doğurub.

Marneuli Bələdiyyə Məclisinin sədr müavini Riçard Qiqaninin oğlanlarından biri – Mamuka Qiqani azyaşlı mağaza işçisini döyməkdə ittiham olunur. Hadisə Marneulidə yerləşən şirniyyat mağazasında baş verib. 

Yerli sakinlərin bildirdiyinə görə, gürcü dilində bilmədiyi üçün Mamuka Qiqani gəncə hücum edib və ona şillə vurub.

Məlumata əsasən, Riçard Qiqaninin digər oğlu, polis əməkdaşı olan şəxsin də bir neçə gün əvvəl yerli sakini döyməsi barədə iddialar var. Ancaq bu hadisə ilə bağlı indiyədək nə istintaq başlanıb, nə də şübhəli şəxs saxlanılıb.

Müxalifət nümayəndələrinin sözlərinə görə, “Gürcü Arzusu”nun siyahısında ikinci yerdə olan Riçard Qiqaninin oğullarının zorakılıqda iştirakı onun siyahıdan çıxarılmasını zəruri edir. Onların fikrincə, zorakı şəxslərin hakim partiyanın sıralarında qalması qəbuledilməzdir.

Hadisədən artıq 15 saatdan çox vaxt keçməsinə baxmayaraq, polis ictimaiyyətə heç bir açıqlama verməyib. Yerli sakinlər iddia edirlər ki, azyaşlının döyülməsi ilə bağlı istintaq hələ də aparılmır və ictimaiyyət prosesdən xəbərsiz saxlanılır.

İstintaq hal-hazırda Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə aparılır ki, bu da zorakılıq faktını nəzərdə tutur.

mənbə: Intrepress.ge