Batumidə güclü külək və yağış bir sıra problemlər yaradıb
Batumi sahilində güclü külək və yağış nəticəsində infrastruktur zədələnib. Park və skverlərdə ağaclar aşıb.
Sakinlərinin verdiyi məlumata görə, bir neçə yerdə çoxillik ağaclar uşaq meydançalarının üzərinə aşıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hazırda Batumidə güclü külək və yağış davam edir. Sahilboyu ərazidə təmizlik işləri aparılır.
mənbə: Intrepress.ge