Acariyanın məşhur şəlaləsində itkin düşən əcnəbi turistin meyiti tapıldı

May 29, 2026 - 16:13
 0  17
Acariyanın məşhur şəlaləsində itkin düşən əcnəbi turistin meyiti tapıldı

Acariya bölgəsində günlərdir davam edən axtarış-xilasetmə əməliyyatı faciəli sonluqla başa çatıb.

Xeber.ge Acariya Televiziyası"na istinadən xəbər verir ki, Keda bələdiyyəsinin ən çox turist cəlb edən məkanlarından biri olan Maxuntseti şəlaləsinin yaxınlığında meyit aşkarlanıb.

Məlumata görə, çayda və şəlalə ətrafında xüsusi avadanlıqlarla axtarış aparan Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin dalğıcları suyun altından cansız bədən çıxarıblar.

İlkin rəsmi məlumatlara əsasən, həyatını itirən şəxs bir müddət əvvəl rayonda yoxa çıxan və barəsində rəsmi axtarış elan olunan xarici ölkə vətəndaşıdır .

Faciənin baş verdiyi əraziyə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində kriminalistlər tərəfindən təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilir.

Əcnəbinin dəqiq ölüm səbəbini və hadisənin bədbəxt hadisə, yoxsa ehtiyatsızlıq nəticəsində baş verdiyini müəyyən etmək üçün meyit artıq məhkəmə-tibbi ekspertizasına yerləşdirilib.

Gürcüstan DİN faktla bağlı rəsmi istintaq başladıb.