Cinayət hadisəsinə görə bir nəfər saxlanıldı
Batumidə baş vermiş qətl hadisəsinə görə 25 yaşlı kişi saxlanılıb.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatına görə, 24 yanvar tarixində hərbi yaşayış massivində baş verən hadisə mübahisə zəminində yaranıb.
1986-cı il təvəllüdlü D.M.-yə küt alətlə ölümcül xəsarətlər yetirilib. Cinayəti törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü G.T. isti izlərlə saxlanılıb.
Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır, bu maddə qəsdən adam öldürməyə görə, 15 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur