Acarıstan Prokurorluğu məlumatları sosial şəbəkədə yayan şəxsi saxlanılıb
Gürcüstan Prokurorluğu şəxsi həyata dair gizli məlumatların qanunsuz əldə edilməsi, saxlanılması, istifadəsi və sosial şəbəkələr vasitəsilə yayılması faktı üzrə bir nəfəri saxlayıb.
Xeber.ge xəbər verir ki,
Saxlanılan şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 157-ci (prima) maddəsinin birinci və ikinci hissələri (Şəxsi həyatın gizliliyini qanunsuz əldə etmə, saxlama, istifadə və sosial şəbəkə vasitəsilə yayma) ilə ittiham irəli sürülüb. Bu maddələr üzrə təqsirləndirilən şəxsi 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Prokurorluq yaxın vaxtlarda təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi vəsatəti ilə məhkəməyə müraciət edəcək.