Kutaisidə qatarın vurduğu 10 yaşlı uşağın vəziyyəti stabilləşib

Mar 31, 2026 - 16:04
 0  6
Kutaisidə qatarın vurduğu 10 yaşlı uşağın vəziyyəti stabilləşib

Gürcüstanın Quriya bölgəsində qatarın vurduğu 10 yaşlı uşağın səhhəti ilə bağlı yeni məlumatlar daxil olub.

  Xeber.ge xəbər verir ki, azyaşlı hazırda Kutaisi şəhərində yerləşən Qərbi Gürcüstan Tibb Mərkəzinə yerləşdirilib. Həkimlər pasiyentin vəziyyətini "stabil ağır" kimi qiymətləndirirlər.

Xatırladaq ki, hadisə ötən gün Quriyada qatarın hərəkəti zamanı baş verib. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 275-ci maddəsi (Dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və ya istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurulması) ilə başlanmış istintaq davam edir.

Hadisənin başvermə şəraiti hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.