Tbilisidə aksiyalar 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb
29-30 oktyabr tarixlərində Tbilisidə baş tutan etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb.
Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) rəsmi açıqlama yayıb.
Məlumata görə, etirazçılar paytaxtın Rustaveli prospektində keçirilən aksiyada ictimai asayişi pozaraq, hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif əşyalar – daş, pirotexniki vasitələr, şüşə butulkalar və metal əşyalar atıblar.
DİN zorakılıq aktlarına və ictimai qaydanı pozanlara qarşı qanunvericiliyə uyğun tədbirlərin görüləcəyini bəyan edib.
mənbə: trend