Kobaxidze AB-yə xəbərdarlıq etdi: səfiri qova bilər

Nov 30, 2024 - 12:01
 0  53
Kobaxidze AB-yə xəbərdarlıq etdi: səfiri qova bilər

AB səfiri Pavel Gerçinski ölkənin daxili işlərinə qarışmağı dayandırmasa və ritorikasını dəyişməsə, Gürcüstan hakimiyyəti diplomatik tədbirlər görəcək.

Bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

“Səfir uzun müddətdir ki, müxalifətin lehinə və Gürcüstan hakimiyyətinin əleyhinə bəyanatlar verir. Bu, Vyana Konvensiyasının pozulması deməkdir”, - Kobaxidze bildirib.

mənbə: axar