Azyaşlını təqib edən polis məmuru saxlanılıb

Oct 1, 2025 - 23:53
 0  49
Azyaşlını təqib edən polis məmuru saxlanılıb

Azyaşlını təqib edən polis məmuru saxlanılıb.

Məlumatı “Sapari” qeyri-hökumət təşkilatı yayıb.

Təşkilatın məlumatına görə, iyul ayında azyaşlı polis əməkdaşının onunla sistematik olaraq arzuolunmaz ünsiyyətə girməsi və iradəsinə zidd olaraq fiziki toxunmasından sonra təşkilata müraciət edib. "Sapari" yazır ki, polis əməkdaşının hərəkətləri səbəbindən uşaq öz həyat tərzini dəyişməli olub - o, artıq zorakılıqla rastlaşacağı yerlərə gedə bilməyib.

Təşkilat onu da qeyd edir ki, polis əməkdaşı zərərçəkənin azyaşlı statusundan xəbərdar olub və qız hər cür ünsiyyətin onun üçün arzuolunmaz olduğunu bildirmişdi.

"İşlə "Sapari"nin vəkili Mari Varamaşvili məşğul olub. Onun iştirakı ilə bütün zəruri istintaq və prosessual hərəkətlər aparılıb və qızla polis arasında yazışmalar əldə edilib ki, bu da həmin şəxsin törətdiyi cinayəti təsdiqləyib", - məlumatda deyilir.

"Sapari"nin sözlərinə görə, polis barəsində həbs qətimkan tədbiri seçilib. Onu 2 ildən 5 ilə qədər həbs gözləyir.

mənbə: interpress