“ABŞ prezidenti söz verdi ki, münasibətlərin yeni səhifədən başlanması məsələsinə qayıdacaq”

ABŞ prezidenti ilə qısa görüş zamanı iki ölkə arasındakı münasibətlərin “təmiz səhifədən” başlamasının vacibliğini vurğulayıb.
Bu barədə Nyu-Yorkda səfərinin yekunlarını şərh edən Mixeil Kavelaşvili jurnalistlərə bildirib.
“Cəmiyyətin maraqlandığı məsələ şam yeməyi idi, hansı ki, ABŞ prezidentinin təşkil etdiyi tədbirdə baş tutdu və orada qısa görüşümüz oldu. Onu səmimi salamladım. Mən bildirdim ki, artıq vaxtdır, münasibətlərimiz yeni səhifədən başlansın. O isə təkrar etdi ki, bu məsələyə baxacaq. Yenidən vurğuladım ki, bu zəruridir və vaxtıdır. ABŞ prezidenti söz verdi ki, bu mövzuya mütləq qayıdacaq və mənimlə əlaqə saxlayacaq. Onun cavabını gözləyək. Bundan əlavə, administrasiya ilə, o cümlədən ticarət naziri ilə də bir sıra görüşlərimiz oldu”, – deyə Kavelaşvili açıqlayıb.
mənbə: interpress