Aktrisa qonşusunu cinsi zorakılıqda ittiham edib

May 2, 2026 - 15:55
 0  48
Aktrisa qonşusunu cinsi zorakılıqda ittiham edib

Çiatura Teatrının aktrisası Lela Vaçnadze qonşusu tərəfindən cinsi zəminli təzyiqə və fiziki zorakılığa məruz qaldığını bildirib. Hadisənin üç həftə əvvəl Tbilisinin Vazisubani yaşayış massivində baş verdiyi qeyd olunur.

Xeber.ge xeber  verir ki, aktrisa hadisənin təfərrüatları ilə bağlı mətbuata açıqlama verib.

  Zərərçəkənin sözlərinə görə, ailəyə yaxın olan və mənzil qonşusu sayılan şəxs onun evinə daxil olaraq zorakılıq aktı törədib. Aktrisa qeyd edib ki, həmin şəxs onu zorla öpməyə çalışıb. Müqavimət göstərdiyi zaman isə o, müvazinətini itirərək stuldan yıxılıb və nəticədə büzdüm sümüyündən ciddi xəsarət alıb.

  Məlumata görə, hüquq-mühafizə orqanları artıq məsələyə müdaxilə edib. Aktrisanın zorakılıqda ittiham etdiyi kişi polis bölməsinə çağırılaraq dindirilib.

Hazırda faktla bağlı araşdırmalar davam edir və hadisənin bütün təfərrüatları dəqiqləşdirilir.