Narekvavi-Msxeta yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

May 2, 2026 - 16:39
 0  21
Narekvavi-Msxeta yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Gürcüstanda daxili əhəmiyyətli Narekvavi-Msxeta-Dəmir yolu stansiyası avtomobil yolunda aparılan təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətində dəyişiklik ediləcək.

Xeber.ge xeber  verir ki, Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinə istinadən verdiyi məlumata görə, sözügedən yolun 1-6-cı kilometrlik hissəsində reabilitasiya işləri davam etdirilir.

 

·         Təmir işləri ilə əlaqədar olaraq, 2026-cı il mayın 3-dən 18-dək hərəkət məhdudlaşdırılacaq.

·           Yolun 0+800-cü kilometrliyində, sol tərəfdə yerləşən eniş pandusu tamamilə bağlanacaq.

  Məhdudiyyət tətbiq olunan müddətdə sürücülər aşağıdakı alternativ yollardan istifadə edə biləcəklər:

·         Narekvavidən Tbilisi istiqamətində hərəkət edən nəqliyyat vasitələri Msxeta şəhərindən keçməklə hərəkət edəcəklər.

·         Sürücülərə Zahesi-Msxeta-Kavtisxevi-Qori-Skra-Kareli-Osiauri daxili yolu və Tbilisi-Senaki-Leselidze beynəlxalq magistral yolunun Zahesi qovşağından istifadə etmək tövsiyə olunur.

Avtomobil Yolları Departamenti yaranmış narahatlığa görə sürücülərdən üzr istəyib və hərəkət zamanı yol nişanlarına diqqət yetirməyi xahiş edib.