ABŞ-nin yeni administrasiyası ilə münasibətlərin yenidən qurulmasına ümid edirik
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-nin yeni administrasiyası fəaliyyətə başlayandan sonra ABŞ ilə münasibətlərin yenidən qurulmasına ümid etdiyini bildirib.
Bu barədə Rusiya KİV-nə istinadən xəbər verir.
"Biz real strateji tərəfdaşlığa əsaslanan yeni administrasiya dövründə ABŞ ilə münasibətlərin yenidən qurulmasına çox ümid edirik", - İ.Kobaxidze hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, Tbilisidə müxalifətin mitinqləri heç bir məzmun və tələb olmadan davam edir. İ.Kobaxidze hesab edir ki, müxalifət çoxsaylı tərəfdar toplamaq iqtidarında deyil.
"Müxalifət qüvvələrinin planlarında ABŞ-nin yeni prezidentinin andiçmə gününə qədər hazırkı hakimiyyəti devirmək var. Lakin mən söz verirəm ki, müxalifət qüvvələrinin ölkəmizdə iğtişaş törətmək cəhdlərinin qarşısı alınacaq", - Baş nazir bildirib.
mənbə: report